“Neymar “Barselona” ilə müqavilə imzaladı”
25.03.2013 - 21:16
“Neymar “Barselona” ilə müqavilə imzaladı”
“Santos”da forma geyən və Braziliya futbolunun son dövrlərdə yetişdirdiyi ən önəmli oyunçular arasında göstərilən Neymar üçün İspaniya mətbuatında sürpriz bir iddia gündəmə gətirilib. Apasport.az saytının məlumatına görə, mərkəzi Kataloniyada yerləşən və “Barselona”ya yaxınlığı ilə seçilən “Sport” qəzeti Cənubi Amerika təmsilçinin hücumçusunun klubu “Santos” “Barsa” ilə 2011-ci ilin noyabr ayında gizli bir müqavilə imzalayıb.

Belə ki, “Sport” un iddiasına görə, 2011-ci ildə Neymar və klubu “Santos” futbolçunun Braziliyadan Avropaya gəlməsi zamanı “Barselona” forması geyəcəyi ilə bağlı bir müqavilə imzalayıb. Bu müqavilə FİFA qaydalarına uyğun gəlmədiyi üçün mətbuata açıqlanmayıb. Müqavilənin şərtlərində isə belə bir bənd yer alıb.

Əgər braziliyalı futbolçu və komandası imzalanmış müqaviləyə sadiq qalmadığı təqdirdə, Kataloniya təmsilçisinə 80 milyon avro ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Neymar daha əvvəl açıqlamalarında “Barselona”nın təklifinə isti münasibət bəslədiyini ifadə etmişdi. Lakin “Santos”dan nə vaxt ayrılacağı ilə bağlı qəti bir tarix müəyyənləşdirməmişdi.