Yığmamız yenə qalib gəldi - YENİLƏNİB
28.03.2013 - 22:07
Yığmamız yenə qalib gəldi - YENİLƏNİB
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi növbəti matçına çıxıb.

İlk turda Norveçi 6:0 hesabı ilə darmadağın edən komandamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüşdə yığmamız yenə meydandan qalib ayrılmağı bacarıb - 2:3.

Komandamızın heyətində Fərzəliyev, Alves və Novoselaç (avtoqol) fərqlənib. Bosniya və Herseqovinanın qollarını isə Novoselaçla Kahvedziç vurub.

Qeyd edək ki, Bosniya və Herseqovina yığması ilk turda meydan sahibi Slovakiya ilə heç-heçə edib – 4:4.


BOSNİYA VƏ HERSEQOVİNA – AZƏRBAYCAN - 2:3
QOLLAR: Novoselaç, 9, Kahvedziç, 14 - Fərzəliyev, 8, Alves, 12, Novoselaç, 36-avtoqol