Araz Abdullayev qəza törətdi: ölən və yaralanan var!
28.03.2013 - 14:11
Araz Abdullayev qəza törətdi: ölən və yaralanan var!
“Neftçi” klubunun futbolçusu Araz Abdullayev xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi az öncə klubun bazasına yollanarkən avtomobil qəzası törədib.

Futbolçunun idarə etdiyi avtomobil Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.