Araz Abdullayevin törətdiyi qəzada ölən şəxsin adı məlum olub
28.03.2013 - 15:06
Bakıda futbolçunun törətdiyi qəzada ölən və xəsarət alan şəxslərin adı məlum olub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ölən qadın Zəminə Hüseynovadır.
Qəza nəticəsində daha bir nəfər – 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Qeyd edək ki, “Neftçi” klubunun futbolçusu Araz Abdullayev idarə etdiyi “Nissan” avtomobillə Nobel prospektində 2 süpürgəçini vurub.

0
0