Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb
28.03.2013 - 15:19
Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb
Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin törətdiyi qəza ilə bağlı cinayət işi açılıb. Xətai rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş başlanılıb.

Məlumata görə, A.Abdullayev 90 XB 350 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Xətai MKTB-nin işçiləri 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva və Zəminə Hüseynovanı vurduqdan sonra maşını saxlayıb.

O hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə birlikdə Kliniki Tibbi Mərkəzə gəlib. Lakin yaralılardan Z.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir.