Millimizin daha bir hücumçusu zədələndi
28.03.2013 - 17:31
Millimizin daha bir hücumçusu zədələndi
Milli komandamızın və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad Portuqaliya ilə oyun zamanı zədələnib. Apasport.az saytının klubdan aldığı məlumata görə, Berlin doğumlu, yarıfars, yarıazərbaycan mənşəli futbolçu dizindən zədə alıb.

Onun MRT müayinəsindən sonra azı 2 həftə yaşıl meydanlardan kənar qalacağı bəlli olub. Belədə 24 yaşlı futbolçunun bu tur “Kəpəz”ə, növbəti tur isə “Rəvan”a qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, millimizin daha 2 hücumçusu hazırda zədəlidir. Bunlar “Qarabağ”lılar – Branimir Subaşiçlə Vaqif Cavadovdur.