UEFA Azərbaycan hakimləri üçün ayırdığı məbləği artırdı
28.03.2013 - 17:35
UEFA Azərbaycan hakimləri üçün ayırdığı məbləği artırdı
UEFA-nın Hakimlər Konvensiyasının üzvü olduğu üçün AFFA-ya verilən məbləğ artırılıb. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu Azərbaycan hakimlərinin təhsili və səviyyəsinin artırılması üçün ildə 150 min avro ödəyəcək.

İl yarım əvvəl Azərbaycanın bu konvensiyaya daxil olduğu vaxt məbləğ aşağı idi. 2011-ci ildə konvensiyaya üzv olan 47 ölkədən hər biri bura qoşulan kimi 100 min avro alır, bundan sonra da hakimlərin səviyyəsinin artması üçün hər il də eyni məbləğə sahib çıxırdı.

Bu gün UEFA konvensiyaya yeni üzvlər qəbul edəcək. Həmin üzvlərdən birinin Rusiya Futbol ittifaqı olacağı gözlənilir. Onların bunun üçün ilkin olaraq 250 min, sonra isə ildə 150 min avro alacağı bildirilir. Bu isə o deməkdir ki, Azərbaycan və digər ölkələrin də hər il UEFA-dan hakimliklə bağlı aldığı məbləğ 100 mindən 150 min avroya qaldırılıb.