“Arsenal” Diabinin xidmətindən 9 ay məhrum olacaq
28.03.2013 - 21:50
“Arsenal”ın yarımmüdafiəçisi Abu Diabi zədə səbəbi ilə 9 ay sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu bu hadisə ilə çərşənbə günü keçirilən məşqdə üzləşib.
Tibbi müayinədən keçən 26 yaşlı oyunçunun dizində ön xaçşəkilli bağlarının qırıldığı məlum olub. Onun yaxın günlərdə əməliyyat olunacağı gözlənilir. Buna görə də Diabinin sağalıb komandanın sıralarına dönməsi uzun müddət çəkəcək.
Qeyd edək ki, Abu Diabi bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 11 oyunda forma geyinib.

0
0