“Bavariya” sona 7 tur qalmış çempion ola bilər
28.03.2013 - 22:41
“Bavariya” sona 7 tur qalmış çempion ola bilər
“Bavariya” bu tur Almaniya Bundesliqasında çempionluğunu elan edə bilər. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının 27-ci turunda doğma publika önündə “Hamburq”u qonaq edəcək Münhen klubu rəqibini məğlub etdiyi təqdirdə, sona 7 tur qalmış “Alyans Arena”da çempionluq bayramını keçirəcək.

Lakin Dortmund “Borussiya”sının “Ştuttqart” səfərindən xalsız dönməsi gərəkdir. Bunun üçün “Bavariya” mütləq qalib gəlməli, dortmundlular isə uduzmalıdırlar.

Qeyd edək ki, “Ştuttqart” - “Borussiya” matçı Bakı vaxtı ilə saat 20:30-da, “Bavariya” - “Hamburq” oyunu isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma eyni gündə - martın 30-da keçiriləcək.