Motta “Barselona”ya qarşı oynamayacaq
29.03.2013 - 00:01
Motta “Barselona”ya qarşı oynamayacaq
PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk oyununu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna italiyalı futbolçusunun zədəsi səbəb olub.

Bu haqda Paris təmsilçisinin baş məşqçisi Karlo Ançelotti deyib: “Mottada qasıqla bağlı problemlər mövcuddur. O, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə keçirəcəyimiz ilk görüşündə meydana çıxmayacaq. Lakin Tyaqo cavab oyununa qədər hazır olacaq olacaq”.

Qeyd edək ki, PSJ - “Barselona” matçı aprelin 2-də baş tutacaq. Cavab qarşılaşması isə 8 gündən sonra reallaşacaq.