Vardan Minasyanın istefası qəbul edilmədi
29.03.2013 - 00:42
DÇ-2014-ün seçmə mərhələsində Ermənistan yığma komandasının baş məşqçisi Vardan Minasyan Çexiyaya millisinə evində 0:3 hesabı ilə uduzmasından sonra istefa verib. Apasport.az saytının məlumatına görə, ölkə futbol federasiyasının prezidenti Ruben Ayrapetyan çalışdırıcının bu qərarı ilə razılaşmayaraq onun istefasını qəbul etməyib.
Qeyd edək ki, Ermənistan yığması Minasyan başçılığı ilə son 4 oyunun hamısında məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Ermənistan yığması Minasyan başçılığı ilə son 4 oyunun hamısında məğlubiyyətlə üzləşib.
0
0