Mariya Şarapova finalda
29.03.2013 - 01:10
Mariya Şarapova finalda
ABŞ-ın Mayami şəhərində WTA nüfuzlu tennis turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda qadınlar arasında keçirilən yarımfinal oyunu baş tutub.

Rusiyalı tennisçi Mariya Şarapova Yelena Yankoviçlə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada Şarapova serbiyalı rəqibini 2:0 (6:2, 6:1) hesabı ilə üstələyərək adını finala yazdırıb. Həlledici mərhələdə isə onun rəqibi Serena Uilyams - Aqnieszka Radvanska cütünün qalibi olacaq.

Qeyd edək ki, Mayami turnirinin mükafat fondu 5,2 milyon dollar təşkil edir.