Millimizin rəqiblərindən sevinən tərəf ev sahibləri oldu
29.03.2013 - 01:40
Millimizin rəqiblərindən sevinən tərəf ev sahibləri oldu
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisinin rəqibləri olan Slovakiya ilə Norveç münasibətlərinə aydınlıq gətirib.

Ötən tur yığma komandamıza uduzan (6:0) meydan sahibləri Slovakiya bu dəfə norveçlilər üzərində 4:3 hesablı qələbə qazanaraq ilk 3 xalına sahib olublar.

Qeyd edək ki, millimiz dünən Bosniya və Herseqovinanı 3:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra futzalçılarımız vahid liderliyini davam etdirir.