Ançelotti Bekhemin komandada qalmasını istəyir
29.03.2013 - 04:50
Devid Bekhem növbəti mövsüm də PSJ-nin formasını geyinə bilər. Apasport.az saytının məlumatına görə, bunu Paris təmsilçisinin baş məşqçisi Karlo Ançelotti də istəyir.
İtaliyalı çalışdırıcı ölkə çempionatının 29-cu turunda “Monpelye” ilə qarşılaşmadan öncə mətbuat konfransında bununla bağlı fikirlərini bildirib: “Mən Devid Bekemlə müqavilənin müddətinin uzadılması ideyası ilə tamamilə razıyam. O, növbəti mövsüm də komandada qalsa çox məmnun olaram”.
Qeyd edək ki, İngiltərə milli komandasının sabiq üzvü qış transfer pəncərəsinin bağlanmasından əvvəl Fransa klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bekhem PSJ-də bütün qazandığı pulları isə xeyriyyə məqsədi ilə xərcləyəcəyini açıqlamışdı.

0
0