Valdes üçün “Arsenal” və “Anji” üz-üzə
29.03.2013 - 05:49
Mövsümün sonunda “Barselona”dan ayrılacağı ilə gündəmə gələn Viktor Valdesi heyətində görmək istəyən komandaların sayı günü-gündən artır. Apasport.az saytının məlumatına görə, daha öncə “Arsenal”ın transfer siyahısında olan təcrübəli qolkiperə növbəti rəqib Rusiya Premyer Liqasından çıxıb.
İngiltərənin “Mirror” nəşrinin iddiasına görə, Mahaçqala “Anji”si Kataloniya təmsilçisinin 31 yaşlı qapıçısına həftəyə 160 min funt-sterlinq maaş ödəyərək heyətinə qatmaq niyyətindədir. “Barselona”ya isə transfer haqqı olaraq 12 milyon funt-sterlinq verməyi planlaşdırır.
Qeyd edək ki, 2002-ci ildə “Barsa”nın formasını geyinən Valdes bu mövsüm 26 matçda meydana çıxıb.

0
0