İker Kasilyas, yoxsa Dieqo Lopes?
29.03.2013 - 07:16
İker Kasilyas, yoxsa Dieqo Lopes?
“Real”ın İspaniya La Liqasında “Saraqosa” və Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”la qarşılaşmasında qapını kimin qoruyacağı ilə bağlı azarkeşlər arasında sorğu aparılıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər İker Kasilyas və ya Dieqo Lopes arasında qərarsız qalıb.

Belə ki, “Marca” qəzetinin rəsmi internet saytında təşkil edilən sorğuda 19 min 150 nəfər iştirak edib. Bunlardan 50,6 % (9 min 682 nəfər) azarkeş qapını Kasilyasın, 49,4 %-i isə (9 min 468 nəfər) çərçivəni Lopesin qorumasını istəyir. Bu da onu göstərir ki, fanatlar hə iki qolkiperə güvənir.

Lakin “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo Dieqo Lopesə güvənməsinə baxmayaraq oynayacaqları sözügedən qarşılaşmalarda İspaniya milli komandasının üzvünə formanı verməsi gözlənilir.