Mançini Belçika yığmasının baş məşqçisini tənqid etdi
29.03.2013 - 07:48
Mançini Belçika yığmasının baş məşqçisini tənqid etdi
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini Belçika milli komandasının çalışdırıcısı Mark Vilmotsı tənqid edib. Apasport.az saytının məlumatına görə, buna səbəb Mançester təmsilçisinin kapitanı Vinsent Kompanini DÇ-2014-ün seçmə mərhələsində Makedoniya (1:0) ilə qarşılaşmada zədəli olaraq meydana buraxmasıdır.

Sözügedən oyunda isə təcrübəli müdafiəçi ayağından yenidən zədələnib. 48 yaşlı italiyalı mütəxəssis bu hadisə ilə bağlı bunları ifadə edib: “Bunu qəbul edə bilmirəm. Kompani bizim üçün 60 gün oynamır və sağalaraq Belçika milli komandası ilə matça çıxır. Bu oyunçular əvvəlcə bizim klublarımız üçün oynayır. Onlar üçün aylıq maaş ödəyirik. Vinsentinin vəziyyətinin yaxşı olub-olmadığını bilmirəm. Amma o, yığmanın oyunundan bir həftə əvvəl oynayacağı vəziyyətdə deyildi”.

Qeyd edək ki, Vinsent Kompanin İngiltərə Premyer Liqasının 31-ci turunda “Nyukasl”la qarşılaşmada meydana çıxması hələ ki sual altındadır.