Çərçivəyə 21 zərbə
29.03.2013 - 09:30
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində 2-ci oyununu keçirən Azərbaycan milli komandası 3:0 hesabı ilə məğlub etdiyi Bosniya və Herseqovina yığmasından aşkar üstün olub. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmanın statistik göstəricilərini açıqlayıb.
Millimiz Slovakiyadakı 2-ci görüşündə də rəqibini demək olar ki, bütün göstəricilərdə üstələyib. Ötən tur yığmamız oyunun 40 dəqiqəsi ərzində rəqib qapısına 40 zərbə vurmuşdusa, bu dəfə rəqəm 52-yə çatıb. Bunların da 21-i çərçivəyə düşüb. Komandamız 18 dəfə künc zərbəsi də vurub.

Bosniya və Herseqovina | Azərbaycan | ||
20 | Zərbələr | 52 | |
8 | Çərçivəyə zərbələr | 21 | |
8 | Qeyri-dəqiq zərbələr | 22 | |
0 | Dirək və tirdən dönən zərbələr | 1 | |
3 | Künc zərbələri | 18 | |
1 | Sarı vərəqələr | 1 | |
0 | Qırmızı vərəqələr | 0 | |
6 | Qayda pozuntuları | 8 | |
8 | Qazanılan cərimələr | 6 | |
0
0