Millimiz Latviya ilə heç-heçə etdi
29.03.2013 - 09:43
Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan ölkəmizin 16 yaşadək futbolçulardan ibarət komandası (U-16) sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Latviya yığması ilə qarşılaşan Aslan Kərimovun yetirmələri matçdan 1:1-lik heç-heçə ilə ayrılıb.
Görüşün 22-ci dəqiqəsində hesabı italyanlar açsalar da, komandamız tezliklə hesabı bərabərləşdirib. Belə ki, 30-cu dəqiqədə "Qəbələ"nin üzvü Baxşəli Baxşəliyev dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub. "Qəbələ"nin digər üzvləri Fərid Əsədli ilə Elvin Dəmirov da əsas heyətdə Latviyaya qarşı mübarizə aparıb.
Qeyd edək ki, U-16-nın təlim-məşq toplanışı martın 31-dək davam edəcək. Yığmamız ikinci - son yoxlama oyununu sabah Latviyaya qarşı keçirəcək.

0
0