“Azərbaycanla oyunda taktiki cəhətdən gərgin döyüş gedəcək”
29.03.2013 - 11:00
“Azərbaycanla oyunda taktiki cəhətdən gərgin döyüş gedəcək”
“Azərbaycanla oyunda yaxşı taktika seçməliyik. Çünki sonuncu turda onlara qalib gəlməklə, birbaşa Avropa çempionatına çıxa bilərik”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Slovakiya millisinin baş məşqçisi Yan Yanik deyib.

Yanik sabah baş tutacaq millimizlə qrupun həlledici oyununda əllərindən gələni edəcəklərini bildirib. Onun sözlərinə görə, yaxşı taktika ilə təmsilçimizi məğlub etmək mümkündür: “Rəqibin artıq balansında 6 xal var. Taktiki cəhətdən gərgin döyüşün gedəcəyi gözlənilir. Bizim baxımdan vəziyyət kritikdir. Çünki Azərbaycanın qrupu 1-ci sırada bitirmək ehtimalı daha çoxdur. Onlara heç-heçə də sərf edir”.

Qeyd edək ki, Azərbaycan – Slovakiya oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.