“Xəzər Lənkəran”da iki siftə
29.03.2013 - 11:12
“Xəzər Lənkəran”da iki siftə
Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Apasport.az saytının məlumatına görə, həmin gün ölkə çempionatında XXIV turun oyunları keçiriləcək.

“Xəzər Lənkəran” bu dəfə öz meydanında AZAL-ı qəbul edəcək. İkinci “altılığ”ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq.

Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş, həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.

Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandanın AZAL-la 23-cü duelində debüt edəcək.

Əvvəlki 22 qarşılaşmada lənkəranlılar aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komanda 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan futbolçular bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.

Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıblar. Oyunların yalnız 1/3-də xal itirən komanda 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.

“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komanda qonaqların qapısına 17 top vurub və cəmi 7-ni buraxıb.

2005/06
12.08.2005
çempionat
s
2:0
2005/06
12.02.2006
çempionat
e
1:0
2006/07
17.09.2006
çempionat
s
2:1
2006/07
27.04.2007
çempionat
e
3:2
2007/08
25.11.2007
çempionat
s
0:0
2007/08
06.03.2008
kubok, 1/4
s
0:1
2007/08
20.03.2008
kubok, 1/4
e
2:0
2007/08
17.05.2008
çempionat
e
0:0
2008/09
20.09.2008
çempionat
s
1:0
2008/09
14.03.2009
çempionat
e
0:0
2009/10
21.10.2009
çempionat
s
0:1
2009/10
10.12.2009
çempionat
e
2:1
2009/10
27.04.2010
kubok, 1/2
s
1:1
2009/10
05.05.2010
kubok, 1/2
e
2:1
2010/11
29.08.2010
çempionat
s
1:0
2010/11
20.02.2011
çempionat
e
2:1
2010/11
13.03.2011
çempionat
s
0:1
2010/11
23.04.2011
çempionat
e
3:0
2011/12
14.08.2011
çempionat
s
3:0
2011/12
16.02.2012
çempionat
e
1:0
2012/13
03.10.2012
çempionat
s
2:0
2012/13
03.12.2012
çempionat
e
1:2
0