Riçard Almeyda: “Simurq”a məğlubiyyət bizə dərs oldu
29.03.2013 - 16:36
“Qəbələ”də olduqca güclü futbolçular var. Bu il onlarla oyunlarımız olduqca çətin keçib. Bu dəfə də istisna deyil”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.
“Qarabağ” sabah Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ”ni qəbul edəcək. Cari mövsüm kubok da daxil olmaqla, artıq 5-ci dəfə üz-üzə gələcəyi rəqibə qarşı ağdamlılar ilk qələbəsini qazanmaq istəyirlər.
Klubun braziliyalı bombardiri Riçard vacib oyun öncəsi “Qarabağ”ın rəsmi saytına danışıb: “Komandamız uzun müddətdir bir yerdə məşq etmir. Cəmi 2 dəfə birlikdə məşq etmək şansımız olub. Amma şikayətlənmək zamanı deyil. Qələbə qazanmaq lazımdır. “Simurq”a məğlubiyyət bizə dərs oldu. Aradakı məsafə səhvlərimizdən nəticə çıxarmaq üçün yetərli oldu. Oyun çox çətin olacaq. Rəqibimizin avrokubok üçün tək yolu çempionatda uğur qazanmaqdır. Ona görə də 3 xal üçün hər şey edəcəklər. Amma biz də eyni məqsəd üçün meydana çıxacağıq”.
24 yaşlı yarımmüdafiəçi qışda alınan yeni transferlərin məşqlərdə özlərini yaxşı tərəfdən göstərdiyini bildirib: “Komandamızda itkilər var. Amma bu bizə bəhanə ola bilməz. Yeni transferlərimiz Reynaldo, Torres də düzəlib. Opara da səviyyəsini hiss etdirir. Sabah 3 xal qazanıb rəqibə qarşı uğursuz sindroma son qoymaq istəyirik”.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu sabah saat 17:00-da keçiriləcək.

0
0