Mahmud Qurbanov: Sumqayıt”ın yaxşı oyunçuları var
30.03.2013 - 14:04
Mahmud Qurbanov: Sumqayıt”ın yaxşı oyunçuları var
“Sumqayıt”la oyun da asan olmayacaq. Çünki çempionatda bütün qarşılaşmalar ağır keçir. Xüsusən də bizim üçün hər oyun çətin alınır”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Bu gün "Sumqayıt"la qarşılaşacaq “Kəpəz” dünən oyun öncəsi keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayıb. Məşq prosesindən sonra Mahmud Qurbanov matçla bağlı fikirlərini açıqlayıb: "Sumqayıt"la görüşə yaxşı hazırlaşmışıq. Meydana qələbə üçün çıxacağıq. Ən azından bir xala ümid edirəm. Heyətimizdə zədəli futbolçular var. Rəqib haqda onu deyə bilərəm ki, yaxşı oyunçuları var. Ön xətdə daha yaxşı oyun sərgiləyirlər".

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu saat 15:00-da başlayacaq. Oyun Bayıl qəsəbəsində keçiriləcək.
0