“Səhvdən qapımızda qol gördük”
30.03.2013 - 20:37
“Səhvdən qapımızda qol gördük”
"Oyun gərgin alındı. İlk hissəyə pis başladıq. Qol vəziyyətlərindən yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcüstanlı çalışdırıcı məğlubiyyətdə səhvlərinin və şanslardan yararlana bilməmələrinin rol oynadığını söyləyib: “Səhvdən qapımızda qol gördük. Əldə etdiyimiz imkanlardan faydalana bilmədik”.

Qeyd edək ki, “Simurq” – “Bakı” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
0