“Sevinirəm ki, Toşakla yenidən üz-üzə gəldik”
30.03.2013 - 20:47
“Sevinirəm ki, Toşakla yenidən üz-üzə gəldik”
“İlk öncə sevinirəm ki, Con Toşakla yenidən üz-üzə gəldik. Birinci dəfə məşqçi kimi millidə bir-birimizə rəqib olmuşduq”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Sadıqov “Xəzər Lənkəran”la səfər oyununda qazanılan 1 xala görə futbolçuları ilə fəxr etdiyini bildirib: “Rəqib komandaya yeni baş məşqçi təyin olunduğundan fərqli oyun olacağını bilirdik. Bu üzdən oyunumuzu pressinq və əks-hücum üzərində qurmuşduq. İlk hissədə qol istəyimizə çatdıq. Fikrimcə, hər iki komanda ilk “altılığ”a layiqdir və bugünkü oyun da bunu göstərdi. Hesabı oyuna görə ədalətli sayıram. Komandam ilə fəxr edirəm”.
0