“Turan”da peyda olan futbolçu kimdi? - VİDEO
31.03.2013 - 19:20
“Turan” dünən “Rəvan”la “Dalğa Arena”da baş tutan oyunda yeni oyunçusunun xidmətindən yararlandı. Apasport.az saytının məlumatına görə, adı PFL-in iştirak ərizəsində olmayan həmin futbolçu gürcüstanlı Nikoloz Maisuradzedir.
Əvvəlcə onun adının PFL-in iştirak ərizəsində olmamasına aydınlıq gətirək. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, futbolçu “Turan” tərəfindən qış “transfer pəncərəsi” dönəmində heyətə qatılıb. Lakin transfer vərəqi Gürcüstan Futbol Federasiyasından yenicə gəldiyi üçün “Turan” məhz “Rəvan”la qarşılaşmada onun xidmətindən yararlana bilib. Onun forma geydiyi 13 nömrə adı altında PFL-in saytında “Turan”dan qışda ayrılmış litvalı Marius Kazlauskas göstərilib. Yaxın günlərdə bu məsələ də həllini tapmalıdır.
Bəs görəsən, Nikoloz Maisuradze kimdir? 1989-cu il mayın 29-da doğulan futbolçu ampluaca əslində yarımmüdafiəçidir. Yarımmüdafiənin sol cinahında oynayan futbolçu müdafiədə də oynaya bildiyi üçün Əfqan Talıbov ondan bu mövqedə yararlanmaq qərarına gəlib. Bəlkə də məhz bu üzdən “Rəvan”a 2:6 hesabı ilə yenildikləri oyunda “Turan”ın müdafiəsinin sol cinahında yer alan Maisuradze komandaya köməyindən çox, səhvləri ilə yadda qaldı. 23 yaşlı futbolçu əvvəllər Sxinvali “Spartak”ında çıxış edib. Lakin onun “Turan”a keçənədək son klubu Saçxere “Çixura”sı olub.
Qeyd edək ki, “Turan” bu klubla qış fasiləsi zamanı yoxlama oyunu keçirməyə çalışsa da, qarşılaşma baş tutmamışdı. Belə ki, Tovuza gələn gürcü futbolçuların bəzilərinin sənədində gömrükdə problem yaşandığından yoxlama oyunu keçirilməmişdi.
Səbuhi TOFİQOĞLU

0
0