Nəziri debüt etmədi, komandası xal itirdi
31.03.2013 - 22:10
Nəziri debüt etmədi, komandası xal itirdi
Rumıniya çempionatının 24-cü turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəzirinin komandası “Petrolul” doğma publika önündə ÇFR-lə qarşılaşıb.

Görüşdə tərəflər xalları yarı bölüb - 1:1.

Bu matçda Nəziri yeni klubunda debütünü rəsmiləşdirə bilməyib. Yığmamızın üzvü oyunun iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Petrolul” 42 xalla turnir cədvəlində 4-cü pillədə yer alıb.