Arif İsayev komandasını xilas edə bilmədi
08.04.2013 - 23:00
Arif İsayev komandasını xilas edə bilmədi
Azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayevin çıxış etdikləri “Dənizlispor” növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası Türkiyə PTT I divizionunun XXIX turu çərçivəsində “Adanaspor”la üz-üzə gəlib.

Səfərdə baş tutan matçda Dənizli klubu 2:1 hesabı ilə uduzub. Görüşdə həmyerlilərimiz də iştirak edib. Belə ki, Məlikov meydana start heyətdə çıxıb. İsayev isə sona 14 dəqiqə qalmış meydana daxil olub və 90-cı dəqiqədə komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 29 oyundan 33 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində yer alır.