Elxan Məmmədov “Çelsi”nin oyununu izləyəcək
08.04.2013 - 12:42
Elxan Məmmədov “Çelsi”nin oyununu izləyəcək
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-dan yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Rubin" (Rusiya) - "Çelsi" (İngiltərə) oyununun UEFA nümayəndəsi Elxan Məmmədov olacaq.

Qeyd edək ki, bu oyun aprelin 11-də keçiriləcək. Qarşılaşma Moskvanın "Lujniki" stadionunda baş tutacaq.