“Neftçi”nin alnındakı QARA BAĞ
08.04.2013 - 14:02
“Qarabağ” Topaz Premyer Liqasının XXV turunda “Neftçi” üzərində qazandığı qələbə (2:1) ilə “ağ-qaralar”ın tarixinə düşdü. Apasport.az saytının hesablamalarına görə, Ağdam təmsilçisi mövsümün ilk 2 dövrəsində də bakılılara gücünü göstərmişdi. Həmin qarşılaşmaların hər ikisi 1:0 hesabı ilə başa çatmışdı.
Azərbaycanın ən titullu klubu “Qarabağ”la 1 çempionatdakı 3 oyunda məğlub olud. Bu isə “Neftçi”nin tarixində antirekorddu. 1992-ci ildən keçirilən müstəqil ölkə çempionatlarında “ağ-qaralar”ı 1 mövsümdə (kubok nəzərə alınmamaqla sırf çempionatda) 3 dəfə məğlub edənlər o qədər də çox olmayıb.
“Neftçi”nin tarixində “Qarabağ”a qədər belə məğlubiyyət “bağı” cəmi 2 dəfə olmuşdu. Ağdam təmsilçisi kimi, “ağ-qaralar”ın yenilgi bağlaması cəmi 2 dəfə olub.
1998/99 mövsümündə Gəncədə 0:2 və 0:1, Bakıda 1:3 hesabı ilə uduzan “Neftçi” “Kəpəz”ə 9 xal vermişdi. “Ağ-qaralar” yalnız sonuncudan 3-cü turda rəqibindən xal ala bildilər – 3:0. Lakin bu matç öncəsi “Kəpəz” çempionluğu vaxtından əvvəl təmin etməsəydi, bəlkə də bakılıların vəziyyəti daha pis olacaqdı.
Ötən mövsüm isə sonda çempion olan “Neftçi”yə “dağ çəkən” “Qəbələ” oldu. Bakıdakı ilk matçda 2:0 hesabı ilə sevinən meydan sahibləri final mərhələsində qonaqlara “boyun əydi” - 0:1. Qəbələdəki oyunlarda isə “ağ-qaralar” xal görmədi - 0:1 1:4.
Bir sözlə, 21 il ərzində yalnız 3 dəfə - “Kəpəz”, “Qəbələ” və “Qarabağ” “Neftçi”dən 1 çempionatda 9 xal ala bilib. Lakin bu rekord yenilənə də bilər. Çünki hərəyə 1 dəfə uduzan ilk 2 komandadan fərqli, “Qarabağ” “Neftçi” ilə daha 1 dəfə görüşəcək. Həmin matçda istənilən xal – qələbə də, heç-heçə də mütləq rekordla nəticələnəcək.
Lakin Qurbanovun komandası artıq bir şərikli rekordla yanaşı, bir mütləq nailiyyət də müəyyənləşdirib. Azərbaycan futbolu tarixində heç bir klubumuz eyni çempionatda “Neftçi”nin meydanında 2 qələbə qazanmayıb. Ağdamlılar isə həm 1:0, həm də 2:1 hesablı qələbəni rəqib meydanda əldə edib.
Qeyd edək ki, “Neftçi”ni 3 dəfə udmaq imkanı 1995/96, 1998/99, 2009/10, 2010/11, 2011/12 mövsümlərinin hərəsində 5 komandada olub. Onlar hərəyə 4 dəfə indiki çempionla görüşüb. Yarımçıq qalan 2001/02 və cari mövsümün arxada qalan hissəsində isə eyni sayda 3 klub 3 dəfə “ağ-qaralar”ı sınağa çəkib. “Qızıl oyun”ların baş tutduğu 2000/01 və 2004/05 mövsümlərində isə 1 komanda 3 belə imkana malik olub. 1995/96 mövsümündə son 2 dövrə və “Qızıl oyun”lar neytral meydanda keçirilib.
“Neftçi” ilə 1 çempionatda ən azı 3 dəfə qarşılaşanlar
1995/96
“Xəzri” – 5 xal “Neftçi”nin/5 xal rəqibin
“Kəpəz” – 4/7
“Turan” – 9/3
“Qarabağ” – 6/3
“Kür-Nur” – 12/0
1998/99
“Kəpəz” – 3/9
“Şəmkir” – 7/4
“Qarabağ” – 2/8
“Dinamo” – 9/3
“Bakı fəhləsi” – 4/4
2000/01
“Şəmkir” – 1/7
2001/02
“Şəfa” – 5/2
“Kəpəz” – 4/4
“Xəzər Universiteti” – 7/1
2004/05
“Xəzər Lənkəran” – 7/1
2009/10
“İnter” – 7/4
“Bakı” – 8/2
“Qarabağ” – 2/8
“Xəzər Lənkəran” – 4/4
“Qəbələ” – 2/8
2010/11
“Xəzər Lənkəran” – 3/6
“Qaranağ” – 7/4
AZAL – 10/1
“İnter” – 6/3
“Bakı” – 9/3
2011/12
“Xəzər Lənkəran” – 4/7
“İnter” – 6/6
“Qarabağ” – 10/1
“Qəbələ” – 3/9
“Bakı” – 9/3
2012/13
“İnter” – 7/1
“Bakı” – 5/2
“Qarabağ” – 0/9

0
0