Fatih Terim qadın məşqçi ilə əvəzlənir
08.04.2013 - 14:15
Fatih Terim qadın məşqçi ilə əvəzlənir
“Qalatasaray”ın məşqçilər korpusunda maraqlı vəziyyət yaranıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Superliqanın növbəti turunda “Karabükspor”la martda qadın məşqçi Duyğun Ərdoğanın ümidinə qalacaq.

Məsələ ondadır ki, son turda “Mersin İdman Yurdu”na 3:1 hesabı ilə qalib gəldiyi oyunda hakimi təhqir etdiyinə görə “texniki zona”dan qovulan komandanın baş məşqçisi Fatih Terimin uzun müddətlik cəzalandırılacağı gözlənilir. 59 yaşlı mütəxəssisin hakimlə sözləşməsindən sonra köməkçiləri Hasan Şaşla Ümid Davala qırmızı vərəqə aldıqlarından, onlar da kənarda qalıb.

Nəticədə “Qalatasaray” çempionatda növbəti oyununa məşqçilər korpusunda yer alan Ərdoğanın rəhbərliyin altında çıxacaq.