Azərbaycan çempionu “İberia Star”la oynayacaq
08.04.2013 - 15:06
Azərbaycan çempionu “İberia Star”la oynayacaq
“Araz” futzal klubu Gürcüstan çempionu ilə 2 yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz çempionu olan Naxçıvan təmsilçisi “İberia Star”la aprelin 10-da saat 15:00-da, 11-də saat 14:00-da üzləşəcək. Hər 2 matç “ABU Arena”da keçiriləcək.

Qeyd edək ki, rəqib futzal üzrə UEFA kubokunda “Dördlər final” çərçivəsində keçirəcəyi oyunlara hazırlaşır.

Mənbə: affa.az