Yaşar Sultanov: “Turan”ın hüquqi sahibi ortada deyil - MÜSAHİBƏ
08.04.2013 - 15:42
“Turan” klubunun sabiq icraçı-direktoru Yaşar Sultanovun apasport.az saytına müsahibəsi
- “Turan”ın maliyyə durumu sabiq klub rəsmisi kimi sizi də qayğılandırmalıdır...
- Uşaqlara pul verildi, bununla iş düzəlmir. Açıq etiraf edək, “Turan”ın hazırkı vəziyyəti Azərbaycan futbolu üçün problemə çevrilib. İlk növbədə klubun özü üçün böyük problemdir. Bu şəkildə futbol oynamaq olmaz. Bu, müəyyən mənada tamaşaçılar üçün də təhqirdir. Hər halda, ciddi tədbirlər görülməsə komandanın yaşamaq perspektivi təhlükə qarşısında qalacaq. Dünənki və ondan öncəki oyunlara da baxdım. Aşkar şəkildə görünür ki, komandanın vəziyyəti olduqca pis vəziyyətdədir. Ender Günlü və digər futbolçuların da bu barədə müsahibələrini oxumuşam. Futbolçular da komandanın necə olmasını gizlətmirsə, deməli, vəziyyət doğrudan da acınacaqlıdır.
- Tovuz Rayon İcra Hakimiyyəti də kluba dəstəkdən əlini üzüb. Yəqin fikirləşirlər ki, bu komandaya maddi dəstək vermək boşuna pul xərcləmək deməkdir...
- İcra Hakimiyyəti ilə klub tamamilə ayrı-ayrı qurumlardır. Dövlət qurumu kimi icra başçısının hər hansısa bir kluba maliyyə dəstəyi verməsi onun borcu deyil. Klub üçün xərclərin hamısını İcra Hakimiyyəti çəkə bilməz. İcra Hakimiyyətinin özünün də səlahiyyət daxilində görməli olduğu şeylər var. Ola bilər ki, 1-2 tur yardım göstərilsin. Bu da futbolçuların geyimi, yeməyi üçün bəs edər. Ancaq bütövlükdə kluba yiyə durmaq, bax bu, böyük maliyyə xərci tələb edir.
- Amma Türkiyədə bələdiyyələrin klubları himayəsi altına aldığını görürük. Belə olan halda, bizdə niyə bu olmasın?
- Həmin bələdiyyələrin özlərinin çox böyük büdcəsi var. Onlar formalaşmış, bişmiş, bütünləşmiş bir bələdiyyədir. Azərbaycanda isə belə büdcəyə malik olan bələdiyyə yoxdur.
- Bu gedişlə, əvvəl “Kəpəz”, ardından “Turan” Premyer Liqada yerini itirəcək. Bunun qarşısını almaq üçün hər hansısa bir tədbir görmək istəmirsiz?
- İlk növbədə onu deyim ki, AFFA İcraiyyə Komitəsinin çempionatın 10 komanda ilə keçirilməsi haqda çıxardığı qərar 2 il sonra verilməli idi. Çempionatın gedişində belə bir qərarın verilməsi həm Premyer Liqa, həm də aşağı dəstə klublarını sarsıtdı. Bu qərar klubların strateji kurslarına böyük zərbə vurdu. Ancaq bu əvvəldən bilinsəydi, komandalar 11-ci və 12-ci yerlərə düşməmək üçün mübarizə aparardı.
- “Turan”ın vitse-prezidenti Namiq Məstanovla heç görüşmüsüzmü?
- Hərdən görüşürük.
- Heç klubdakı problemi ondan soruşmursuz?
- O neyləsin axı? Namiq Məstanov çalışqan adamdır. Nəyəsə nail olmağa çalışır. Ancaq tək onunla iş bitmir axı.
- Bəs yaranmış problemdə əsas günahı nədə görürsünüz?
- Komanda bu dəqiqə baxımsızlıqdan əziyyət çəkirsə, kimi günahkar görmək olar? Yəni komandaya baxmaq könüllülük prinsipi əsasında olmalıdır. Ayrı-ayrı iş adamları kluba baxmaq istəməlidir.
- Baxımsızlıq deyirsiz, ancaq “Turan” noyabrda “Bank of Azerbaijan”la sponsorluq müqaviləsi bağladı. Deyəsən, heç bu bankın da onlara bir xeyri dəymədi...
- Bəli, belə bir bankla anlaşdılar. Onların kluba xeyri dəyir. Ancaq bu bank da müəyyən çərçivə daxilində kluba köməklik edir.
- Bir bank kluba sponsorluq etdiyi halda, futbolçular yemək, maaşla təmin oluna bilmirsə, belə çıxır ki, burda pul mənimsənilməsi faktı mövcuddur...
- Yox, bu, absurddur. Buna inanmıram.
- Əvvəllər deyilirdi ki, sponsor yoxdur. İndi isə sponsor var, üstəlik də, “Turan” oyunlarını hazırda Tovuzdakı bərbad meydançada yox, UEFA-nın dəstəklədiyi “Dalğa Arena”da keçirir...
- Sponsor onların minimum xərclərini ödəyə bilər. Bu, yemək, otel xərclərini yalnız əhatə etməyə qadirdir. Ancaq klubun hüquqi sahibi deyərdim ki, ortada yoxdur. Digər klublara xərclənən pulların minimum bir hissəsi “Turan”a ayrılsa, ordakı futbolçu resursları hesabına komanda bu bataqlıqdan çıxa bilər.
Səbuhi TOFİQOĞLU

0
0