“Mançester Siti” hələ Azərbaycan səviyyəsinə çatmayıb”
08.04.2013 - 16:24
“Mançester Siti” hələ Azərbaycan səviyyəsinə çatmayıb”
Bu gün Avropanın diqqəti İngiltərə Premyer Liqasında keçiriləcək Mançester derbisinə yönələcək. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” və “Mançester Siti” arasındakı görüş günün matçı sayıla bilər.

Təsadüfi deyil ki, Böyük Britaniya mətbuatı qarşılaşma ərəfəsində geniş yazıları zəruri hesab edib. Həmkarlarımız matç öncəsi rəqibləri hərtərəli müqayisə ediblər. “The Telegraph” nəşri isə müqayisədə Azərbaycanın da adına toxunub.

Həmkarlarımız Mançesterin daha adlı-sanlı təmsilçisinin ölkəmizdə də tərəfdaş tapdığını vurğulayıb: “Dünya brendinə çevrilən “Mançester Yunayted” Yaponiyanın boya istehsalçılarından tutmuş Azərbaycanın mobil operatoruna qədər rəsmi partnyorlara malikdir. “Mançester Siti” isə hələ bu səviyyəyə çatmayıb”.

Qeyd edək ki, “Mançester Yunayted”in Azərbaycandakı tərəfdaşı “Bakcell”dir.