Millimizin oyunlarının vaxtı dəqiqləşdi
08.04.2013 - 17:06
19 yaşadək futbolçulardan ibarət milli komandamızın Moldovada oyunlarının başlanma vaxtı və keçirilmə məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün həmin ölkədə hazırlıqlara başlayan Arif Əsədovun yetirmələri aprelin 13-dək təlim-məşq toplanışında olacaq.
U-19 toplanış çərçivəsində aprelin 10-u və 12-də moldovalı həmyaşıdları ilə 2 yoldaşlıq oyunu keçirəcək. Bu oyunlardan birincisi Kişinyov rayonunun Vadul-luy-Vode şəhərciyində KPSM stadionunda baş tutacaq. Qarşılaşma bizim vaxtla saat 16:00-da başlayacaq.
Aprelin 12-də keçiriləcək revanş görüşü də eyni vaxtda başlayacaq. Sadəcə olaraq məkan fərqli olacaq. Belə ki, U-19 Slobodzeyski rayonunun Ternovka kəndində Yuri Osipenkonun yetirmələrinə qarşı mücadilə edəcək. Qarşılaşma Tiraspolun “Dinamo-Auto” klubunun ev oyunlarını keçirdiyi eyniadlı stadionda baş tutacaq.

0
0