Mourinyo İstanbulda da qazanmaq istəyir
08.04.2013 - 20:00
“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı İstanbulda çətin bir matç olacağını bildirib.
O, Türkiyəyə qələbə qazanmağa gəldiklərini vurğulayıb: “Bizi çətin bir matç gözləyir. “Qalatasaray” yaxşı bir komandadır və qazanma gücünə sahibdir. Yaxşı baş məşqçisi, oyunçuları və azarkeşləri var. Çətin olacağını bilirəm, amma mənim məqsədim uduzmaq deyil. İstanbulda qələbə qazanmaq istəyirəm”.
Mourinyo ilk oyunda baş hakimin oyunu idarə etməsinə də toxunub: “Hakim özünü yaxşı tərəfdən göstərdi. Lakin səhvləri vardı. Burakın epizodu penalti idi. Ancaq ümumi olaraq hakimin idarəçiliyini yaxşı deyə bilərik. Fatih Terimi anlayıram. Narazılıq etməsi normaldır. Çünki fərqli bir qərar verildi. Hakim belə bir matçda olduğu üçün xoşbəxt idi”.
Qeyd edək ki, “Qalatasaray” – “Real” oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0
0