Rail Məlikov “Adanaspor”a qarşı start heyətdə
08.04.2013 - 20:37
Rail Məlikov “Adanaspor”a qarşı start heyətdə
Türkiyə PTT I divizionunun XXIX turu çərçivəsində “Adanaspor”la qarşılaşacaq “Dənizlispor”un start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Dənizli klubunun heyətində çıxış edən azərbaycanlı futbolçulardan yalnız biri ilk “11-lik”də meydana çıxacaq.

Bu, təcrübəli müdafiəçimiz Rail Məlikovdur. Arif İsayev isə ehtiyat oyunçular skamyasında matça başlayacaq.

Qeyd edək ki, “Adanaspor” - “Dənizlispor” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.