PSJ-nin zədəli futbolçuları İspaniyaya aparıldı
08.04.2013 - 22:05
PSJ-nin zədəli müdafiəçiləri Aleks və Tiaqo Silva Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona”ya qarşı forma geyinə biləcəklər. Apasport.az saytının məlumatına görə, hər iki braziliyalı futbolçu Paris təmsilçisinin heyətinə daxil edilərək Barselona şəhərinə yola düşüblər.
Qeyd edək ki, Aleks Fransa çempionatının XXXI turu çərçivəsində “Renn”ə (2:0) qarşı oyunda ombasında problem olduğu üçün meydana çıxmamışdı. Silva da həmin qarşılaşmanı buraxmışdı. Çünki Tiaqo “Barselona” ilə keçirilən ilk matçda dizindən zədələnmişdi.
Bir müddətdir zədəli olan italiyalı yarımmüdafiəçi Tiaqo Motta da komandasının heyətində Barselonaya gedib. O, yanvar ayından bu yana yalnız 1 görüşdə forma geyinib.

0
0