Burakın “Real”a qarşı oynamayacağı təsdiqləndi
08.04.2013 - 22:32
Bildiyiniz kimi, “Qalatasaray” UEFA-ya hücumçusu Burak Yılmaza səhvən sarı vərəqə göstərən hakim haqda şikayət etmişdi. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”a ali futbol qurum tərəfindən rədd cavabı gəlib.
Belə ki, UEFA İntizam Komitəsi Türkiyə milli komandasının üzvünün cəzasını təsdiqləyib və Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real”a qarşı matçda forma geyinə bilməyəcəyini bildirib.
Qeyd edək ki, aktivində daha bir sarı vərəqə olan Burak sözügedən görüşdə hakimi aldatdığı üçün cəzalanmışdı. Lakin “Qalatasaray” rəhbərliyi referinin bu qərarı ilə razılaşmamış və UEFA-ya şikayət etmişdi.

0
0