Arif İsayev “Dənizlispor”da ilk qolunu vurdu
08.04.2013 - 23:49
Arif İsayev “Dənizlispor”da ilk qolunu vurdu
Türkiyə PTT I divizionunun XXIX turu çərçivəsində keçirilən “Adanaspor” - “Dənizlispor” qarşılaşması azərbaycanlı yarımmüdafiəçi Arif İsayev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qışda AZAL-dan qarşılıqlı razılıq əsasında ayrılaraq, Dənizli klubuna keçən futbolçu yeni komandasının heyətində ilk qoluna imza atıb.

Matçın 76-cı dəqiqəsində meydana daxil olan İsayev 14 dəqiqə sonra fərqlənib və bununla, rəsmi oyunlarda “Dənizlispor”un heyətində ilk qolunu vurub. Bu görüş isə həmyerlimizin Dənizli təmsilçisində 8-ci rəsmi matçı olub.

Qeyd edək ki, İsayev Türkiyə PTT I divizionunda debüt oyununu yanvarın 19-da “1461 Trabzon”a qarşı keçirib. Həmin görüşdə 27 yaşlı futbolçumuz komandasının heyətində meydana start heyətdə çıxaraq 61 dəqiqə mübarizə aparıb.