Fatih Terim: Hələ heç nə bitməyib
09.04.2013 - 02:03
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la cavab oyun öncəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terim təşkil edilən mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, ilk matçda 0:3 hesabı ilə uduzan “Cim-Bom”un təcrübəli çalışdırıcısı hələ heç nəyin bitmədiyini bildirib.
Terim komandasının əsas hücumçusu Burak Yılmazın cəzalı olduğu üçün oynaya bilməməsindən təəssüflənib: “Futbol belə bir oyundur. Son saniyədə bəzən qol vurursan, bəzən də qol buraxırsan. Burakın epizodundakı penaltini gözləyərkən bizim üçün yaxşı olmadı və sarı vərəq gördük. “Mançester Yunayted” qarşılaşmasında da eyni hadisə ilə üzləşdik. Biz, “Real”ı nə olursa-olsun məğlub etmək üçün meydana çıxırıq. Hər şeydən əhəmiyyətlisi Burak Yılmazı itirdik. Həmçinin ən önəmli qol silahımızı da itirdik. Bəlkə, bombardirlik yolunda Ronaldo ilə başabaş mübarizə aparacaqdı. Bu gün ona icazə verdim. Mövsümün əvvəlindən bəri icazə almamışdı. O, buna çoxdan layiq idi. Xüsusi bir hazırlıq görəcək və sonrakı matçlar üçün özünü tam yaxşı hiss edəcək”.
O, oyunçularının meydandakı istəyindən məmnun olduğunu ifadə edib: “Hələ heç nə bitməyib. Özümüz və nəticələr üçün oynayacağıq. Bizim adımıza missiya sahibi olmaq üçün müvəffəqiyyətli olmaq lazımdır. Heç bir şərtlə bu, dəyişməz. Futbolda hər şey olur. “Real”la oynadığınız üçün bu, asan deyil. Futboldakı bütün təcrübəmlə hər şeyi gördüm. Bundan sonra da görməyə davam edəcəyik. “Real”la oynayırıq və bu, çox önəmli deməkdir. Mən oyunçularımın meydandakı istəyindən məmnunam”.

0
0