“İnter” mövsümün sonuna kimi hücumçusunu itirə bilər
09.04.2013 - 03:50
“İnter” mövsümün sonuna kimi hücumçusunu itirə bilər
“İnter”in hücumçusu Antonio Kassano mövsümün qalan hissəsini buraxa bilər. Apasport.az saytının məlumatına görə, buna təcrübəli futbolçunun İtaliya A seriyasının XXXI turu çərçivəsində “Atalanta”ya (3:4) qarşı matçda zədələnməsi səbəb olub.

Həmin qarşılaşmanın 32-ci dəqiqəsində 31 yaşlı forvard dizindən zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Onun yenidən yaşıl meydanlara qayıtması təxminən 30-40 gün çəkəcək.

Qeyd edək ki, Kassano cari mövsümdə İtaliya çempionatında 27 matç keçirib və 8 qola imza atıb.