“Mən peşəkar futbola qayıtmağı çox istəyirdim”
09.04.2013 - 05:15
“Mən peşəkar futbola qayıtmağı çox istəyirdim”
“Barselona”nın müdafiəçisi Erik Abidal komandanın televiziyasına maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, fransalı oyunçu niyə peşəkar futbola belə güclü qayıtmaq istədiyini açıqlayıb.

O, futboldan uzaqlaşsa televiziyada işləyəcəyini bildirib: “Mən ikinci dəfə xəstəliyimi biləndə, yalnız o haqda düşünürdüm, sağalmaq və futbola qayıtmaq. Niyə mən yenidən oynamaq istəyirdim? Mənim ailəmdən başqa, futbol həyatımdır. Kiçik olarkən futbolçu olmağı arzu edirdim. Buna görə də mən karyeramı bu şəkildə başa vurmaq istəmirdim. Allah can sağlığı verəcək, mən də oynamağa davam edəcəyəm. Əgər futboldan uzaqlaşsam, onda televiziyada işləyəcəyəm”.

Qeyd edək ki, ötən ilin aprel ayında qara ciyərindən cərrahiyə əməliyyat olunandan sonra Abidal İspaniya La Liqasının XXX turu çərçivəsində “Malyorka”ya qarşı oyunda ilk dəfə meydana çıxıb.