Koentrao: Ən yaxşı nəticəni qazanmağa çalışacağıq
09.04.2013 - 06:39
Koentrao: Ən yaxşı nəticəni qazanmağa çalışacağıq
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Qalatasaray”la cavab oyun öncəsi “Real”ın müdafiəçisi Fabio Koentrao təşkil edilən mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu ilk matçın çətin keçdiyini ifadə edib.

O, güclü azarkeşlərin qarşısında alışdıqlarını vurğulayıb: “Yarımfinala çıxmaq istəyiriksə, sabah axşamkı (bu günki) qarşılaşmanı da qazanmağımız lazımdır. Onsuz da belə stadionlarda oynamağa alışmışıq. Sabah (bu gün) sakit olub, öz futbolumuzu oynayacağıq və ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.