Rumıniyalılar Elhad Nəziridən şübhələnirlər
09.04.2013 - 09:50
“Petrolul” klubuna transferindən sonra Azərbaycan yığmasının futbolçusu Elhad Nəzirinin kimliyinin araşdırılması adi hala çevrilib. Futbolçunun soyadını və təvəllüdünü dəyişdiyini araşdırıb üzə çıxaran apasport.az saytının həmin yazısından xeyli vaxt keçsə də, artıq Rumıniyada da həmyerlimizdən şübhələnməyə başlayıblar.
Əhmədovun Nəziriyə çevrilməsi, təvəllüdünün kiçildilməsi rumıniyalı həmkarlarımızı da araşdırma aparmağa sövq edib. Lakin onlar dərinə getməyib, asan yolla istəklərinə çatıb: “Detektiv və ya polis olmadan bu oyunçunun Nəziri və ya Əhmədov olduğunu müəyyənləşdirmək olar. Bunun üçün onun “facebook”da profilinə daxil olmaq yetərlidir. Burada Elhadın dostları, qohumları, yaxınları arasında bir dənə də olsun Nəziri yoxdur. Əvəzində 4 Əhmədov soyadı var. Bunlar Əziz, Araz, Elnur və Nurəlidir”.

0
0