Arif İsayev - 841 gündən sonra
09.04.2013 - 10:20
Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının I liqasında çıxış edən “Dənizlispor”da qol hesabını açan yarımmüdafiəçi sonuncu dəfə 2010/11 mövsümündə belə sevinc yaşamışdı.
2010-cu il dekabrın 19-da Azərbaycan Premyer Liqasının AZAL-la qarşılaşmasının 2-ci dəqiqəsində erkən qolla hesabı açan İsayev 2:2 hesablı səfər heç-heçəsində pay sahibi olmuşdu. Bundan sonra “Qəbələ” və AZAL-ın şərəfini qorumuş orta sahə oyunçusu Azərbaycan çempionatlarında qol vura bilmirdi.
Bu qış Dənizli təmsilçisinə transfer olunan İsayev yoxlama oyunlarından birində qol vurmağı bacarmışdı. Lakin rəsmi oyunlardakı ilk qol dünən “Adanaspor”la səfər matçının 90-cı dəqiqəsinə təsadüf etdi. Bununla da arifin çempionatlardakı 841 günlük qol həsrəti başa çatdı.
Qeyd edək ki, Arif Azərbaycan çempionatlarında cəmi 6 qol vurub.

0
0