“Qızıl ayaq” üçün 10 namizəd
09.04.2013 - 12:43
“Golden Foot” (“Qızıl ayaq”) mükafatına namizədlərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xüsusi münsiflər heyətinin tərtib etdiyi siyahıya 10 futbolçu daxil edilib.
Bunlar İker Kasilyas, Andres İnyesta (hər ikisi İspaniya), Didye Droqba (Fil Dişi Sahili), Samuel Eto’O (Kamerun), Miroslav Kloze (Almaniya), David Trezeqe (Fransa), Kriştianu Ronaldo (Portuqaliya), Andrea Pirlo (İtaliya) və ingiltərəlilər Frenk Lempardla və Devid Bekhemdir.
Qeyd edək ki, “Golden Foot” 2003-cü ildən etibarən yaşı 28-dən az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan və karyerasında nəzərəçarpacaq nailiyyətlər qazanan futbolçulara verilir.
Mükafata əvvəllər Roberto Bacco (2003), Pavel Nedved (2004), Andrey Şevçenko (2005), Ronaldo (2006), Alessandro del Pyero (2007), Roberto Karlos (2008), Ronaldinyo (2009), Françesko Totti (2010), Rayan Giqqz (2011) və Zlatan İbrahimoviç (İsveç) layiq görülüblər.

0
0