Sonra da deyirlər ki, oynamaqlarına bax…
09.04.2013 - 13:20
“Turan”dakı maliyyə durumunun nə dərəcədə acınacaqlı olduğunu yenidən bildirməklə Papua Yeni Qvineya yaxınlığında yeni ada kəşf etmiş olmaram. Ancaq vəziyyət o dərəcədə kritik həddə çatıb ki, autsayder “Kəpəz”in durumu bunların yanında toya getməlidi.
Adi bir misal çəksəm, yəqin mənimlə siz də razı olarsız. Bunun üçün Salif Ballonun müsahibəsini xatırlatmaq kifayətdir. Malili futbolçu müsahibəsində az qalsın məşq etməyə meydança istəyir: “Məşq etmək üçün normal şərait yoxdur. Komanda oyunlara balaca meydançalarda hazırlaşır. Həmin meydança o qədər balaca olur ki, məşqdə topu qəbul etdin, gərək ötürmə verəsən. Daha 2-3 ötürmədən istifadə etmək, driblinqlər reallaşdırmaq mümkün deyil. Çünki ərazi balacadır. Oyun zamanı isə belə olmur. Meydanda driblinq etməli, çoxsaylı ötürmələrdən yararlanmalısan. Məşqdə bunu etmədiyinə görə, rəsmi matçda problem dərhal üzə çıxır”.
...Maraqlandım, həmin meydança AFFA-nın Futbol Akademiyasının meydançalarından biridir. Təsəvvür edin, Premyer Liqa klubu AFFA-nın uşaqlar üçün nəzərdə tutulmuş meydançasında hazırlıq keçir. Stadionunu klubların yardımı ilə tikdirdiyinizi başa düşdük. Allah həmin klublara əvəzini versin, bəlkə I diviziona düşəndə də səxavət kisələrini sizdən əsirgəmədilər.
AFFA-nın “Dalğa Arena”nı ixtiyarınıza verdiyini də başa düşdük. Bəs AFFA-nın az qala 3x4 şəkil ölçülərinə uyğun gələn meydançasında məşq etmək hardan çıxdı?
Baş məşqçi Əfqan Talıbov Ballonu cəzalandırdıqlarını deyir. Məgər Ballonu cəzalandırmaq çıxış yoludu? Xeyr! Çıxış yolu rəhbərlik qarşısında lazımı sözünüzü deyə bilməməkdədir. AZAL-la oyunda 90 dəqiqə şans verdiyiniz, aşağı yaş qruplarından ibarət yığmamızın da üzvü olan Budaq Nəsirov Namiq Məstanovun qəzəbinə tuş gəldiyi üçün əvəzedicilərə göndəriləndə, cürət tapıb sözünüzü deməli idiz. Deməliydiz ki, mənə pospelovlar, canelidzelər yox, Nəsirov kimi futbolçular lazımdır.
Komandada qış fasiləsinə kimi oynadığı futboldan əsər-əlamət deyilən şeylər qalmayıb. Edilən transferlərin səviyyəsi göz qabağındadır. Zubkov belə dedi, Kurtskeviç elə dedi, bax bunlar bitirdi sizi...
Ballonu siz üzə çıxardız. Üzünü ağ etdiz, nəticədə qış fasiləsində 2 klubun diqqət mərkəzinə düşdü. Ancaq daha ondan və komanda yoldaşlarından oyun tələb etməyin. Sonra da deyirlər ki, oynamaqlarına bax… Əşi, belə liliput meydançada nə oynamaq? Hələ futbolçulara pullarının hamısının verilib-verilməməsi də qapalı dəftərdə cavablanmasını gözləyən suala bənzəyir...
Səbuhi TOFİQOĞLU

0
0