İsayevə “2” verdilər
09.04.2013 - 14:33
Dünən səfərdə “Adanaspor”a 1:2 hesabı ilə yenilən “Dənizlispor”da futbolçuların meydanda olmaları qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Yeni əsr” qəzeti oyunçuların çıxışına ulduzla qiymət verib.
90 dəqiqə meydanda olan Rail Məlikov ən aşağı qiymətə layiq görülüb. Belə ki, millinin sabiq müdafiəçisi 1 ulduz alan 8 futbolçu arasında olub. 77-ci dəqiqədə meydana daxil olub oyunun əlavə vaxtında təsəlli qoluna imza atan Arif isə 2 ulduz alıb. Bu qiymətə ondan başqa, daha 5 “Dənizlispor”lu futbolçu sahib çıxıb. Ancaq İsayev meydana sonradan daxil olan oyunçular arasında 2 ulduz alan yeganə futbolçu olub.

0
0