“Bakı” ilə 100-cü matça doğru
09.04.2013 - 14:45
“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu bu həftə keçirəcək. Apasport.az saytının məlumatına görə, komanda XXVI tur çərçivəsində aprelin 13-ü “Bakı”nı qəbul edəcək. Bu qarşılaşma 2 yubileylə əlamətdar olacaq. Daha bir yubiley isə matçın nəticəsindən asılı olacaq.
Bu matç “Qəbələ”nin Premyer Liqada öz meydanında keçirdiyi 100-cü matçdır. Evdə indiyədək 99 çempionat oyunu keçirən komanda 45 qələbə qazanıb, 23 heç-heçə edib və 31 dəfə uduzub. “Qəbələ” öz meydanında 116 qol vurub və 85-ni buraxıb. Komanda 185 ev xalı toplamağa nail olub.
İlk ev matçını 2006-cı il avqustun 5-də “İnter”ə qarşı keçirən “Qəbələ” o vaxt “Gilan” adı ilə Xanları təmsil edirdi. 7 il əvvəlki matç da qolsuz heç-heçə nəticələnib. Öz meydanındakı 50-ci oyun isə 2009/10 mövsümündə ilk “altılığ”ın 1-ci ev matçına təsadüf edib. 2010-cu il martın 21-də “Qarabağ”ı qəbul edən “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
Aprelin 13-dəki qarşılaşma rəqiblər arasında sayca 25-ci – yubiley dueli olacaq. Paytaxtın eyniadlı təmsilçisinə qarşı baş tutan əvvəlki 24 görüşdən 18-i çempionat, 6-sı kubok çərçivəsində baş tutub. Bu matçlarda üstünlük bakılıların tərəfindədir. 15 dəfə qalib gələn paytaxt klubu daha 6 dəfə bərabərliklə kifayətlənib. “Qəbələ” isə rəqibini 3 dəfə məğlub etməyi bacarıb. Bakılıların 30 qol vurduğu matçlarda əyalət təmsilçisi 14 dəfə fərqlənib.
Ölkə çempionatlarındakı görüşlərdə isə bakılılar 12 matçda qalib gəlibsə, 3 oyun heç-heçə, 3-ü isə “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Top fərqi “Bakı”nın ikiqat üstünlüyünü əks etdirir – 24:12. Kubokda isə bakılıları məğlub edə bilməyən “Qəbələ” 6 qarşılaşmada 3 heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Top fərqində qəbələlilər geridədir – 2:6. Buna baxmayaraq 6 oyunu əks etdirən 3 dueldən birində mərhələni məhz “Qəbələ” keçib. Bu hər 2 oyunun heç-heçə bitdiyi, cütün taleyinin penaltilər seriyasında müəyyənləşdiyi vaxt mümkün olub.
Son 4 matçda qələbə qazana bilməyən “Qəbələ” Luis Araqonun rəhbərliyi altında 2-ci matçına çıxacaq. Bu dəfə də ispaniyalı ilə doğma publika önünə çıxacaq komanda ardıcıl 4 dəfə təxirə salınan yubileyinə imza atmağa çalışacaq. Premyer Liqada 74 qələbəsi olan qəbələlilər 75-ci uğur üçün mübarizə aparacaq.

2006/07 | 29.10.2006 | Premyer Liqa | Bakı - Gilan (Qəbələ) | 1:0 |
2006/07 | 21.11.2006 | Azərbaycan kuboku | Gilan (Qəbələ) - Bakı | 0:2 |
2006/07 | 02.12.2006 | Azərbaycan kuboku | Bakı - Gilan (Qəbələ) | 1:0 |
2006/07 | 18.04.2007 | Premyer Liqa | Gilan (Qəbələ) - Bakı | 0:1 |
2007/08 | 19.08.2007 | Premyer Liqa | Qəbələ - Bakı | 2:0 |
2007/08 | 24.02.2008 | Premyer Liqa | Bakı - Qəbələ | 3:0 |
2007/08 | 06.03.2008 | Azərbaycan kuboku | Bakı - Qəbələ | 1:1 |
2007/08 | 20.03.2008 | Azərbaycan kuboku | Qəbələ - Bakı | 1:1, p.4:3 |
2008/09 | 09.11.2008 | Premyer Liqa | Bakı - Qəbələ | 3:0 |
2008/09 | 25.04.2009 | Premyer Liqa | Qəbələ - Bakı | 0:1 |
2009/10 | 31.10.2009 | Premyer Liqa | Qəbələ - Bakı | 0:2 |
2009/10 | 13.02.2010 | Premyer Liqa | Bakı - Qəbələ | 2:0 |
2009/10 | 28.03.2010 | Premyer Liqa | Bakı - Qəbələ | 1:1 |
2009/10 | 01.05.2010 | Premyer Liqa | Qəbələ - Bakı | 1:0 |
2010/11 | 22.08.2010 | Premyer Liqa | Bakı - Qəbələ | 2:1 |
2010/11 | 23.12.2010 | Premyer Liqa | Qəbələ - Bakı | 0:1 |
2010/11 | 03.03.2011 | Azərbaycan kuboku | Qəbələ - Bakı | 0:0 |
2010/11 | 08.03.2011 | Azərbaycan kuboku | Bakı - Qəbələ | 1:0 |
2011/12 | 07.08.2011 | Premyer Liqa | Qəbələ - Bakı | 0:0 |
2011/12 | 26.11.2011 | Premyer Liqa | Bakı - Qəbələ | 2:1 |
2011/12 | 01.04.2012 | Premyer Liqa | Bakı - Qəbələ | 2:1 |
2011/12 | 29.04.2012 | Premyer Liqa | Qəbələ - Bakı | 4:0 |
2012/13 | 04.10.2012 | Premyer Liqa | Bakı - Qəbələ | 1:1 |
2012/13 | 02.12.2012 | Premyer Liqa | Qəbələ - Bakı | 0:2 |
0
0